AZ

Pit Heqset istefa verə bilər?

AzVision.az xəbər verir ki, ABŞ-nin Müdafiə naziri Pit Heqsetin bununla bağlı söhbət etdiyi mənbələr “NBC News” telekanalına belə məlumat ötürüblər.

Onlardan biri son üç həftədə Heqsətlə danışdığını bildirib. Heqset Müdafiə naziri və ştat qubernatoru vəzifələrini birləşdirə bilməyəcək, ona görə də istefa verməli olacaq.

“Söhbət ciddi idi, müzakirələr qubernatorluğa namizəd olmaq üçün nə lazım olacağı ilə bağlı idi”,- mənbələr iddia ediblər.

Mənbələrdən biri Pentaqon rəhbəri ilə Tennessi qubernatorluğuna namizəd olmaq üçün tələbləri və Heqsetin qalib gəlmə şanslarını müzakirə edib. Digəri isə kampaniyanın reallıqlarından danışdıqlarını söyləyib.

-Mənbələrin sözlərinə görə, Heqset xüsusi olaraq yaşadığı Tennessi ştatında gələn il başlayacaq qubernatorluq seçkilərini qeyd edib. Bununla belə, Heqsetin belə bir addım atıb-atmayacağı söhbətlərdən aydın deyildi. Bununla yanaşı, Heqset Tennessi ştatının qubernatoru vəzifəsinə namizədlər üçün tələblərə cavab verməyə bilər”,- telekanal vurğulayır.

Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell, öz növbəsində, telekanalın məlumatını “saxta xəbər” adlandırıb.

“Yalnız iki variant var: ya “mənbələr” uydurmadır, ya da bu reportyorlar aldadılıb. Heqset yalnız prezident Trumpa xidmət etmək və Müdafiə nazirliyində “Amerika əfzəldir” missiyasını irəlilətməyə köklənib”,- Pentaqonun nümayəndəsi deyib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
31
azvision.az

1Mənbələr