AZ

Rusiyada 8,8 ballıq zəlzələ: Sunami gəlir

Rusiyanın Kamçatka yarımadası sahillərində 8,8 bal gücündə zəlzələ baş verib. 

"Cebheinfo.az" xəbər verir ki, yer səthindən 18,2 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra Rusiya, Yaponiya, Meksika və ABŞ-nin Alyaska və Havay ştatları, Sakit Okean sahilləri ilə Sakit Okean adalarına sunami xəbərdarlığı edilib.

Yerli hakimiyyət orqanlarından alınan məlumata görə, ilkin təyinata əsasən hər hansı insan tələfatı qeydə alınmayıb, bir çox bölgənin təxliyə olunduğu bildirilir.

Regionun rəsmi dairəlıri məlumata görə xəsarət alan olmadığını, bir uşaq bağçasının zərər gördüyünü bildirib.

Rusiyanıb Fövqəladə Hallar üzrə Regional Nazirliyi zəlzələdən sonra Kamçatka bölgəsinin bəzi yerlərində 3-4 metr hündürlüyündə sunami dalğalarının qeydə alındığını açıqlayıb.

Şərqi Yaponiya Dəmir Yolları Kamçatka sahillərində baş verən zəlzələ səbəbindən bəzi xidmətlərini dayandırıb.

Seçilən
11
cebheinfo.az

1Mənbələr