İrəvan Birinci İnstansiya Cinayət Məhkəməsi bu gün, iyulun 30-da baş nazir Nikol Paşinyanın korteji tərəfindən vurularaq dünyasını dəyişən Sona Mnatsakanyanın işi üzrə hökmü elan edib.
Moderator.az xəbər verir ki, bu haqda news.am məlumat yayıb.
Təqsirləndirilən Aram Navasardyan təqsirli bilinib, onun barəsində seçilmiş həbs-qətimkan tədbiri, ölkədən çıxış qadağası dəyişməz qalıb.
“Bu iş üzrə əlavə məhkəmə iclasları avqustun 13-də, saat 12:00-da olacaq”, - hakim bildirib.
Dünən, iyulun 29-da bu iş üzrə sonuncu məhkəmə iclası olub. İşin istintaqı 3 ilə yaxın uzanıb, avtomobilin sürücüsü Aram Navasardyan təqsirləndirilən şəxs kürsüsündə əyləşib. Onun barəsində həbs-qətimkan tədbiri getməmək üçün imzadır, cinayət işi başlayandan heç vaxt həbs edilməyib. Xatırladaq ki, Sona Mnatsakanyan 31 həftəlik hamilə olub və qəzadan sonra ölü vəziyyətdə xəstəxanaya çatdırılıb.
Məhkəmə iclasında prosesdə iştirak edən tərəflər yekun sözlə çıxış ediblər. Dinləmə 4 saatdan çox davam edib. Dövlət ittihamçısı sürücü barəsində təqsirli bilinən hökmün çıxarılmasını məhkəmədən xahiş edib".
P.S. İndi kim deyə bilər ki, Ermənistanda...
S.Laçın