“Neftçi” hücumçu transferini həyata keçirib.
Lüksemburq millisinin futbolçusu Alessio Kurçi artıq “Neftçi” ailəsinin üzvüdür. 23 yaşlı forvardla 3 illik müqavilə bağlanıb.Futbol oynamağa vətənində başlayıb Almaniyada davam edən Kurçinin sonuncu klubu “Francs Borains” (Belçika) olub. O, milli komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.