AZ

NYMEX əmtəə bazarında təbii qazın qiyməti azalıb

30 iyul 2025-ci il tarixində dünya birjalarında təbii qaz fyuçerslərinin qiyməti kəskin azalıb.

Finss.az xəbər verir ki, Nyu-Yorkun NYMEX birjasında sentyabr ayı üzrə (NGU25) təbii qaz fyuçerslərinin qiyməti bir milyon britaniyya istilik vahidi (MMBtu) üçün 3.11 ABŞ dolları səviyyəsində bağlanıb. Bu göstərici əvvəlki həftə ilə müqayisədə 0.46 dollar və ya təxminən 13% azalma deməkdir.

Qiymətlərin enməsi, əsasən, qlobal təklifin artması, ABŞ-da qaz ehtiyatlarının yüksəlməsi və yay aylarının sərin keçəcəyi ilə bağlı proqnozların istehlak tələbinə təsiri ilə əlaqələndirilir. Analitiklər bildirirlər ki, bu amillər fonunda təbii qazın gələcək müqavilələr üzrə qiyməti 3.565 ABŞ dollarından 3.110 ABŞ dollarına qədər geriləyib.

Seçilən
4
fins.az

1Mənbələr