AZ

Yalnız IV qrupda 700 bal – Digər qruplarda yüksək balı niyə toplayan olmayıb?

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanında yalnız IV qrup üzrə 2 abituriyent 700 bal toplayıb.
 

Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində DİM-in Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında digər qruplarda 700 balı toplayanın olmamasına münasibət bildirib.


"Hər il nəticələr fərqlidir. 700 balın toplanması abituriyentin hazırlığından, tədris proqramında dəyişikliyin olub- olmamasından, testlərin ümumi səviyyəsindən asılıdır.

Digər qruplarda 700 balı toplayanın olmamasına konkret səbəb demək olmur".

Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
5
1
bizim.media

2Mənbələr