AZ

Pəncərədə səssizcə böyüyür: Dünyanın ən sağlam tərəvəzi!

Elm adamlarının araşdırmalarına görə, adını çox az eşitdiyimiz su teresi (watercress) dünyanın ən sağlam tərəvəzlərindən biri elan edilib. Vitamin və mineral baxımından son dərəcə zəngin olan bu bitki, həm də evdə – pəncərə kənarında asanlıqla yetişdirilə bilir.

News24.az xəbər verir ki, kələm ailəsinə aid olan su teresi, A, C, K və E vitaminləri ilə yanaşı kalsium, maqnezium, dəmir və sink kimi minerallarla doludur. Antioksidant və flavonoid baxımından zəngin olduğu üçün immun sistemini gücləndirir, toksinləri bədəndən atmağa kömək edir, qan şəkərini tənzimləyir və dəri, saç, dırnaq sağlamlığını dəstəkləyir.

Mətbəxdə salatdan smuzilərə qədər bir çox yeməyə əlavə edilə bilən su teresi, təzə istifadə edildikdə qida dəyərini maksimum dərəcədə qoruyur.

Ev şəraitində saksı və ya su qabında, kifayət qədər işıq və rütubətlə böyüyə bilən bu faydalı bitki, sağlam qidalanmaq istəyənlər üçün əla seçimdir.

Xeyrənsə Piriyeva

Seçilən
39
news24.az

1Mənbələr