İtaliya yığmasının qolkiperi Canluici Donnarummanın bu yay PSJ-ni tərk edəcəyi gözlənilir.
Offsideplus.az xəbər verir ki, hətta Paris klubu onun yerinə "Lill"dən Lyuka Şevalyeni transfer etməyə hazırlaşır.
Donnarummanın keçidində isə favorit "Mançester Yunayted"dir. "Qırmızı şeytanlar" hazırda qapıçı axtarır və italiyalını heyətinə cəlb etməyi düşünür.
Bu barədə "Correiro dello Sport" məlumat yayıb.
26 yaşlı qapıçı 2021-ci ildən PSJ-də çıxış edir. O, sonuncu mövsüm klubu ilə Çempionlar Liqasının qalibi olub.