AZ

Rusiya mətbuatı: Azərbaycan Ukraynaya təbii qaz nəqlinə başlayır

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın dövlət neft şirkəti SOCAR Trans-Balkan təbii qaz dəhlizi ilə Ukraynaya ilk qaz nəqlini həyata keçirməyə hazırlaşır.

Hafta.az-ın yazdığına görə, Bolqarıstan və Rumıniyadan keçən bu daşıma Ukraynanın enerji diversifikasiyası strategiyasının yeni mərhələsini təmsil edir.

Ukrayna əvvəllər Yunanıstanda yenidən mayeləşdirilmiş Amerika LNG-ni qəbul etmək üçün bu marşrutdan istifadə etməyi planlaşdırmışdı.

"Naftoqaz Ukrayna" Direktorlar Şurasının sədri bəyan edib ki, bu ilk yükün həcmi kiçik və böyük ölçüdə simvolik olacaq. Bununla belə, ekspertlər bu addımın gələcəkdə daha böyük kommersiya razılaşmalarına yol aça biləcəyini deyirlər.

Ukraynanın Azərbaycana öz yeraltı qaz anbarlarından beynəlxalq satışlar üçün istifadə təklifi də iki ölkə arasında enerji sahəsində əməkdaşlığın potensial dərinləşməsindən xəbər verir.

Azərbaycanın Ukraynaya enerji sərmayələri yeni deyil. “SOCAR Energy Ukraine” hazırda 11 regionda 58 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

Kiyev, Odessa, Lvov və Xarkovda dörd neft terminalı fəaliyyət göstərir. Odessada 3,6 hektar ərazidə yerləşən və tutumu 25250 kubmetr olan Naftotrade neft terminalı var.

Bu inkişaf Azərbaycanın Rusiya ilə münasibətlərində yeni gərginlik yaradır. Enerji diplomatiyası üzrə ekspertlər bildirirlər ki, rəsmi Bakı Moskvanın diplomatik xəbərdarlıqlarına məhəl qoymur və Qərbyönlü mövqe tutur. Azərbaycanın bu addımının Cənubi Qafqazda enerji dəhlizləri uğrunda güc balansını və rəqabəti yenidən formalaşdıracağı gözlənilir.

Bu saziş Qara dəniz hövzəsində alternativ enerji marşrutlarının artan əhəmiyyətini nümayiş etdirir.

Azərbaycan qazının Ukraynanın gələcəkdə Rusiya qazından asılılığını azaltmaq səylərində daha böyük rol oynaya biləcəyi nəzərdə tutulur.

Seçilən
9
hafta.az

1Mənbələr