Məhkəmə Paşinyanın kortejində avtomobillə hamilə qadını vuraraq ölümünə səbəb olan sürücünü təqsirli bilib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, məhkəmə hamilə Sona Mnatsakanyanı vuran hökumət kortejinin avtomobilini idarə edən Aram Navasardyanı təqsirli bilib.
Mərhumun ailəsinin vəkili Raffi Aslanyan bildirib ki, hazırda məhkəmə yalnız zərərçəkmişi qane edən təqsir məsələsini həll edib.
Məhkəmə cəza məsələsinə əlavə dinləmələr mərhələsində baxacaq.
Xuraman Etibarlı
İnterpress.az