Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin birinci yarısında Alman avtomobil istehsalçısı "Mercedes-Benz"in xalis mənfəəti 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox azalıb.
Banco.az xəbər verir ki, bu barədə avtomobil istehsalçısı öz məlumatında bildirib.
Məlumata görə, şirkətin mənfəəti 55,8% azalaraq 6,1 milyard avrodan təxminən 2,7 milyard avroya düşüb.
Şirkət mənfəətin azalmasına səbəb kimi ABŞ-nin idxal rüsumlarını, enerji və xammalın yüksək qiymətlərini, satışların azalmasını və şirkətin yenidən strukturlaşdırılması ilə bağlı xərcləri göstərib.
"Mercedes-Benz" cari ilin birinci yarısında təxminən 900 000 minik avtomobili satıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6% azdır.
Həmçinin qeyd edək ki, bundan əvvəl Almaniyanın digər avtomobil istehsalçıları, o cümlədən "Volkswagen" də bu ilin birinci yarısında əsas göstəricilərin aşağı düşdüyünü bildirmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!