Bakı. Trend:
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin imkanlarının gələcəkillərdə daha da genişlənəcəyinə ümid edirik.
Trend xəbərverir ki, bunu İsrailin “Technion” Texnologiya İnstitutunun Başdirektoru Moti Yeger Azərbaycan Kibertəhlükəsizlik Mərkəzininnövbəti məzun günündə çıxışı zamanı deyib.
O, əvvəlcə İsrailin “Technion” Texnologiya İnstitutunun yeni Başdirektoru kimi hər iki ölkə üçün əhəmiyyətli olan bu tədbirdəiştirak etməyin böyük şərəf olduğunu bildirib: "Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi vəİsrailin “Technion” Texnologiya İnstitutu tərəfindən birgə təsisedilmiş Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi artıq 380kibertəhlükəsizlik mütəxəssisi yetişdirib.
Hər qrupda 100 nəfər məzun yer alır və onların bir çoxu bu günAzərbaycanın böyüyən kiberekosistemində əsas vəzifələrdəçalışırlar.
Sürətli texnoloji dəyişiklik dövründə yaşadığımızı vurğulayandirektor qeyd edib ki, süni intellekt, böyük verilənlər vəkibertəhlükəsizlik sürətlə inkişaf edir: "Bu alətlər böyük imkanlartəqdim edir, lakin onları ehtiyatla və məsuliyyətlə istifadə etməklazımdır.
"Technionda biz inanırıq ki, bilik açıq olmalıdır, lakin onunistifadəsi müdrik şəkildə həyata keçirilməlidir.
Buna görə də biz diqqətimizi bacarıqlı peşəkarların hazırlanmasınayönəldirik. Onlar bizim hamımızın güvəndiyi rəqəmsal dünyanı qoruyabilərlər".
"İsrail və Azərbaycan arasındakı əlaqə bizim üçün həm strateji,həm də dostcasına bir münasibətdir. Biz birlikdə çalışmaqdan qürurduyuruq, ümid və inamla bu proqramın gələcək illərdəgenişlənəcəyinə inanırıq", - deyə M. Yeger fikrini tamamlayıb.