AZ

İranda keçmiş vitse-prezident: "Qərb İranla nüvə sazişi bağlamalıdır" - ÖZƏL

Qərb dövlətləri İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti tənzimləmək üçün ölkə ilə saziş imzalamalıdır. Olaylar.az xəbər verir ki, bu fikri İranın sabiq vitse-prezidenti (2021-2024) Əmir Hüseyn Qazizadə Haşemi bildirib.
"Şübhəsiz ki, Qərb ölkələrinin İranla sazişə ehtiyacı var. Bu saziş mütləq bağlanacaq, amma yalnız Qərb İranın kimi ayrılmaz hüququndan imtinanın mümkünsüz olduğunu anlayanda", - deyə o, İranın dövlət televiziyasına müsahibəsində vurğulayıb.
Qazizadə Haşemi qeyd edib ki, İslam Respublikası öz gücünü artırmalı, sosial-iqtisadi və hərbi imkanlarını genişləndirməli, beynəlxalq əməkdaşlığı gücləndirməlidir. "Biz nə qədər güclü olsaq, onlarln İrana zərbə vurmaq istəyi bir o qədər az olacaq", - deyə o əlavə edib.
Qeyd edək ki, iyulun 25-də İstanbulda İran və "Avropa üçlüyü" (Böyük Britaniya, Almaniya və Fransa) arasında Tehranın nüvə proqramı ətrafındakı böhranın həlli ilə bağlı danışıqların ilk raundu baş tutub. Bu, İran-İsrail münaqişəsinin qızğın fazasının başa çatmasından sonra keçirilən ilk görüş idi. Görüşün nəticəsində tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
Daha əvvəl "Axios" portalı mənbələrə istinadən yazmışdı ki, ABŞ və "Avropa üçlüyü" İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi avqustun sonunu müəyyən edib. Əgər bu müddətədək saziş əldə olunmasa, Böyük Britaniya, Almaniya və Fransa BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı sanksiyalarının bərpası mexanizmini işə salmağı planlaşdırır.
Xatırladaq ki, İran və ABŞ nümayəndələri apreldən mayadək beş raund nüvə məsləhətləşmələri aparıblar. Altıncı raundun iyunun 15-də keçirilməsi planlaşdırılsa da, danışıqlar prosesi iyunun 13-də İsrailin İrana qarşı hərbi əməliyyata başlaması və ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirməsi səbəbindən dayandırılıb. İran və İsrail arasında atəşkəs isə iyunun 24-də əldə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr