AZ

Ankarada vacib toplantı - Ərdoğan komandası ilə Azərbaycanı MÜZAKİRƏ EDƏCƏK

Türkiyə Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçiriləcək.

Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün günorta saatlarında Ankarada başlayacaq toplantında Türkiyə sərhədləri daxilində və xaricində yaşanan hadisələr müzakirə olunacaq.

2025-ci il ərzində dördüncü dəfə baş tutacaq iclasın ən önəmli gündəmi "Terrorsuz Türkiyə" vizyonu çərçivəsində atılan növbəti addımlar olacaq. PKK-nın simvolik olaraq tərksilah edilməsinin ardından bölgədə baş verən son hadisələr və parlament komissiyası fəaliyyəti müzakirə ediləcək.

Suriyadakı hadisələr, Qəzzadakı müharibə, İrana qarşı əməliyyatlar qiymətləndirəcək.

Görüşdə meşə yanğınları, eləcə də Rusiya-Ukrayna müharibəsi və Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında münasibətlərin müzakirə olunacağı gözlənilir.

Digər tərəfdən MGK-nın general və admiralların təyinatlarını təyin edən Ali Hərbi Şuranın təqvimini müzakirə etməsi gözlənilir .

Seçilən
28
2
modern.az

4Mənbələr