Fransa şampan və digər şərab növlərini ABŞ prezidenti Donald Trampın yaxın günlərdə tətbiqini elan etdiyi Avropa mallarına 15% rüsumdan azad etməyə çalışır...
Poliqon xəbər verir ki, bu barədə Financial Times mənbələrə istinadən məlumat yayıb.
Nəşr vurğulayır ki, ABŞ-Avropa Komissiyası ticarət razılaşması Brüssel və Parisdə hansı malların ABŞ-ın tariflərinə tabe olan məhsullar siyahısından azad oluna biləcəyi ilə bağlı çaşqınlıq yaradıb.
Nəşrin mənbələri bildiriblər ki, siyahının, o cümlədən spirtli içkilərin tariflərinin müzakirəsi hələ də davam edir. Ağ Ev spirtli içkilərin hər hansı növü üçün istisna etməyi planlaşdırmır, lakin şərab mövzusu hələ də müzakirə olunur.
İyulun 28-də ABŞ və Avropa İttifaqı arasında Brüsselin ABŞ-dan 750 milyard dollar dəyərində enerji təchizatı alacağı ticarət sazişi imzalanıb. Bundan əlavə, avropalılar Avropanın ABŞ-a investisiyalarını 600 milyard dollar artırmağa və Amerika silahlarını almağa razılaşıblar. Bunun müqabilində Vaşinqton Avropa mallarına tətbiq edilən rüsumları 30%-dən 15%-ə endirib.
Poliqon.info