AZ

Tom Kruzun gənc sevgilisi Nikol Kidmanı ələ salıb

Yazını böyüt
Yazını kiçilt

Hollivudun ikonası Tom Kruzun yeni sevgilisi olduğu şayiələnən aktrisa Ana de Armas sosial şəbəkədə paylaşım edib. Onun İnstaqramda Tom Kruzun keçmiş həyat yoldaşı Nikol Kidmanı ələ salan paylaşımını bəyənməsi geniş əks-səda doğurub.

Hafta.az-ın yazdığına görə, Tom Kruz və Nikol Kidman 1990-cı ildə evləniblər və dövrlərinin ən çox danışılan cütlüklərindən birinə çevriliblər. Lakin cütlük 2001-ci ildə birgə bəyanatla ayrılıb. Onların boşanma səbəbi kimi "uzun karyera ayrılıqlarından doğan çətinliklər" göstərilib. Onların İzabella (32) və Konnor (30) adlı iki övladlığa götürülmüş övladı var.

63 yaşlı Tom Kruzun 37 yaşlı kubalı aktrisa Ana de Armasla görüşdüyü iddia edilir. Cütlüyün son vaxtlar tez-tez birlikdə görünməsi romantika şayiələrinin artmasına səbəb olub. Lakin hələlik heç bir tərəf rəsmi açıqlama verilməyib.

Mübahisə fevralın 6-da İnstaqram hesabında "celebmess" tərəfindən paylaşılan bir yazıya səbəb olub. Yazıda 58 yaşlı Oskar mükafatlı aktrisa Nikol Kidmanın qırmızı xalçada çəkdirdiyi foto yer alıb. Yazıda istehzalı şəkildə Kidmanın üz doldurucularından istifadə etdiyi bildirilirdi. Ana de Armasın bu paylaşımı bəyənməsi tez bir zamanda sosial mediada yaxalanıb.

Bir çox istifadəçi Ana de Armasın bəyənməsini hörmətsizlik kimi qəbul edib. Tənqidlər arasında "Nikol Kidmanın dırnağı belə yoxdur", "Gəlin onun 60 yaşına çatanda necə görünəcək" və "Gənclərin yaşla bu qədər amansız olması inanılmazdır" kimi ifadələr yer alıb. Kidmanın yaşına meydan oxuyan gözəlliyi və aktyorluq istedadı sosial media istifadəçiləri tərəfindən tez-tez vurğulanırdı.

Seçilən
37
hafta.az

1Mənbələr