AZ

Nazirlikdən hüquqi məsuliyyət riski daşıyan üzərlik bitkisi ilə bağlı XƏBƏRDARLIQ

Bakı.Trend:

Son zamanlar bəzi ölkələrin hüquq mühafizə orqanları tərəfindənüzərlik (Peganum harmala) bitkisi ilə sərhədi keçməyə cəhd edənşəxslərin saxlanılması halları artmaqdadır. Nəticədə həmin şəxslərbarəsində inzibati və ya cinayət məsuliyyəti tədbirlərigörülür.

Trend xəbərverir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, üzərlik bitkisi xalq təbabətində və mədəni-ritualənənələrdə geniş istifadə olunsa da, onun tərkibindəki bəzialkaloid maddələr – xüsusilə psixotrop təsirə malik olan harmalin,harmin və digər birləşmələr – bir sıra ölkələrdə dövriyyəsiməhdudlaşdırılan və ya tam qadağan olunmuş maddələr siyahısınadaxildir.

Bununla əlaqədar olaraq, xarici ölkələrə səfər edən, eləcə dəhəmin ölkələrdən respublikamıza gələn vətəndaşlara üzərlikbitkisini, toxumlarını, ekstraktlarını və ya digər formalarınıüzərlərində daşımamaq tövsiyə olunur. Bu, həmin ölkələrinqanunvericiliyində nəzərdə tutulan hüquqi məsuliyyət risklərindənyayınmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindənüzərlik bitkisinin mənşəyi, kimyəvi tərkibi, hüquqi statusu vəməsuliyyət doğuran halları ilə bağlı profilaktik tövsiyəhazırlanıb. Tövsiyənin hazırlanmasında məqsəd vətəndaşlarıntəhlükəsizliyini təmin etmək, üzərlik bitkisi ilə xarici ölkələrəsəfər edərkən, eləcə də həmin ölkələrdən respublikamıza gələrkənhüquqi məsuliyyət doğura biləcək halların qarşısını qalmaq üçünictimai maarifləndirmə aparmaqdır.

Məlumatla linkə keçid etməklə tanış ola bilərsiniz.

Seçilən
41
48
az.trend.az

10Mənbələr