AZ

Zəlzələ zamanı cərrahiyyə əməliyyatı aparan onkoloqlar mükafatlandırılacaq

Kamçatka zəlzələ zamanı cərrahiyyə əməliyyatları aparan onkoloqları mükafatlandıracaq.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu haqda vilayət rəhbəri Vladimir Solodov bildirib.

"Mən ən güclü təkanlar zamanı əməliyyatı dayandırmayan, soyuqqanlılığını və peşəkarlığını qoruyan onkoloji dispanser həkimlərinə dövlət mükafatlarının təqdim edilməsi üçün sənədlərin hazırlanmasını tapşırmışam", - Solodov Telegram kanalında bildirib.

Kamçatka qubernatoru zəlzələni bütün dövr ərzindəki ən güclü zəlzələ adlandırıb.

Rusiya Səyahət Sənayesi İttifaqından 360.ru-ya verilən məlumata görə, 8,7 bal gücündə güclü zəlzələ nəticəsində Kamçatkada turistlərdən heç biri xəsarət almayıb.

Seçilən
22
1
ikisahil.az

2Mənbələr