AZ

Çin lideri Trampı Pekinə səfərə dəvət edib

Çin sədri Si Cinpin ABŞ prezidentinin Çinə səfər etməsini istəyib.

AzPost bildirir ki, bu barədə Prezident Tramp Breitbart News-a müsahibəsində deyib.

“Si Sinpin mənim Çinə getməyimi istəyir, o, da ABŞ-a gələcək”- deyə Amerika lideri vurğulayıb. Tramp mümkün səfərlərin tarixlərinin hələ razılaşdırılmadığını qeyd edib. “Biz çox güman ki, yaxın gələcəkdə, bəlkə də bu ilin sonuna qədər Çinə gedəcəyik. O da bura gələcək”, – Tramp  əlavə edib.

Tramp Çinlə ticarət danışıqlarını da müsbət qiymətləndirib. “Biz Çinlə çox yaxşı anlaşırıq. Ticarət razılaşması ətrafında vəziyyə hələ yaxşıdır. Tarifləri qaldırdım və bir anda onlar 145%-ə çatdı. Bununla da heç bir iş görmək mümkün deyildi. Yumşaq desək, bu, bir az həddindən çox idi. Bu tariflər ABŞ və Çin arasında ticarəti bir ay müddətinə bağladı. Çin bizim üçün çox vacibdir”deyə Tramp vurğulayıb.

ABŞ-Çin ikitərəfli ticarət danışıqları 28-29 iyul tarixlərində Stokholmda baş tutub. ABŞ-ın maliyyə naziri Skott Bessent onları konstruktiv adlandırıb və bildirib ki, o, müsbət məcrada baş tutan məsləhətləşmələr barədə ABŞ prezidentinə hesabat təqdim etmək niyyətindədir. Bundan sonra Tramp Vaşinqton və Pekin arasında rüsumların tətbiqinin təxirə salınması ilə bağlı razılaşmanın uzadılıb-uzadılmaması barədə qərar verəcək.

AzPost.az

Seçilən
1
azpost.info

1Mənbələr