AZ

Fransa Ukraynaya silah krediti istəyir – Bu ölkələr qarşı çıxır

Ukraynanın Avropadakı əsas müttəfiqləri birgə silah alınması və müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə Avropa İttifaqından on milyardlarla avro kredit tələb etmək niyyətindədirlər.

 

Sfera.az “Politico” nəşrinə istinadən xəbər verir ki, Fransa kredit üçün müraciət etməyi planlaşdırır.

 

Lakin Almaniya, Hollandiya və İsveçin bu təşəbbüsü dəstəkləməsi gözlənilmir. Belçika isə 7-11 milyard avro tələb edə bilər. Avstriya və İtaliya isə mövcud borclarının artacağından ehtiyatlanaraq kredit götürmək istəmirlər.

 

Qeyd edək ki, bundan əvvəl Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Dmitri Novikov bəyan etmişdi ki, Avropa İttifaqı Ukraynaya yardımı dayandırmaqla Kiyev üzərində tam nəzarəti bərpa etməyə çalışır. Onun sözlərinə görə, hazırda əsas məqsəd Ukrayna prezidentini qorxutmaqdır.

 

Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) isə Kiyevin Qərblə münasibətlərini yenidən qurmağı əsas şərt adlandırmışdı.

 

Fidan Hacızadə
Sfera.az

Seçilən
2
sfera.az

1Mənbələr