AZ

İranda su və işığın kəsilməsinə qarşı etiraz edən əhali küçələrə axışdı

Vətəninfo.az xəbər verir ki, İranda qızmar yay istisində suyun verilməsində uzun fasilələrin yaranması və elektrik enerjisinin tez-tez kəsilməsi ölkədə etirazları artırıb. Dünən Gilan əyalətinin Xomam şəhərində sakinlər etiraz aksiyası keçirərək “Su, işıq, həyat – bizim haqqımızdır” şüarı ilə səlahiyyətli şəxslərdən cavab tələb ediblər.

Son həftələrdə Xuzistan, Buşehr, Təbriz və Tehranda da oxşar problemlər yaşanır. Elektrik enerjisinin verilməsinin dayandırılması və su çatışmazlığı insanların gündəlik həyatını iflic edib.

Ekspertlər böhranı idarəetmədə səriştəsizlik və köhnəlmiş infrastrukturla əlaqələndirir. Mütəxəssislər bu acınacaqlı vəziyyətin ölkədə sosial gərginliyi daha da artıracağı barədə xəbərdarlıq edirlər.

Seçilən
10
veteninfo.az

1Mənbələr