“Neftçi” yeni transfer həyata keçirib.
Fanat.Az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
“Neftçi” Lüksemburq millisinin hücumçusu Alessio Kurçi ilə müqavilə imzalayıb. 23 yaşlı forvardla 3 illik anlaşma əldə olunub.
Futbol oynamağa vətənində başlayıb Almaniyada davam edən Kurçinin sonuncu klubu “Francs Borains” (Belçika) olub.
O, milli komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.