AZ

Senator Uelç ABŞ-ın Qəzzadakı roluna dair fikirlərini bölüşüb

Bakı, TurkicWorld

ABŞ Qəzzada baş verən humanitar fəlakətə görə məsuliyyət daşıyır.

TurkicWorld xəbər verir ki, bu sözləri Vermont ştatını təmsil edən senator Peter Uelç Senatda çıxışı zamanı bildirib.

Çıxışında ABŞ-ın İsrailə verdiyi hərbi dəstəyə görə Qəzzada yaşanan aclıq və humanitar böhranın məsuliyyətini daşıdığını bəyan edib.

“Qəzzada on minlərlə günahsız insanın ölümü bizim tariximizin bir parçası olacaq. Birləşmiş Ştatlar bu fəlakətə görə məsuliyyəti bölüşür və biz, eləcə də gələcək nəsillər, bu yükü daşıyacağıq”, – deyə Uelç qeyd edib.

Senator İsrailin son aylarda Qəzzaya yardımı 88% azaltdığını, bölgədə aclıqdan ölən uşaqların sayının artdığını və yardımın ciddi şəkildə məhdudlaşdırıldığını xatırladıb. O, bu vəziyyəti “qəsdən yaradılmış aclıq” kimi qiymətləndirərək, bunun ABŞ silahlarının köməyi ilə həyata keçirilən hərbi strategiyanın nəticəsi olduğunu vurğulayıb.

Senator Uelç İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzzada həyata keçirdiyi hava hücumlarını Vyetnam müharibəsindən sonra ən dağıdıcı bombardman kampaniyası kimi qiymətləndirib və ABŞ Konqresini təcili humanitar müdaxiləyə çağırıb.

Seçilən
14
turkic.world

1Mənbələr