AZ

Tramp: Si Cinpin məni Çinə dəvət edib, özü də ABŞ-yə gələcək – ÖZƏL

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Çin Sədri Si Cinpin onu Çinə rəsmi səfərə dəvət edib. 

Olaylar.az xəbər verir ki, bu barədə Tramp "Breitbart News" portalına müsahibəsində bildirib.

"Si Cinpin istəyir ki, mən Çinə gedim, o da buraya gələcək," - deyə Tramp qeyd edib. Onun sözlərinə görə, ehtimal olunur ki, səfər yaxın vaxtlarda, bəlkə də bu ilin sonunadək baş tutsun, lakin konkret tarixlər hələ razılaşdırılmayıb.

Tramp həmçinin ABŞ-Çin ticarət danışıqlarını müsbət qiymətləndirib. "Biz Çinlə çox yaxşı münasibətdəyik. Ticarət razılaşması ilə bağlı vəziyyət hələlik yaxşıdır. Mən tarifləri qaldırdım, bir müddət 145%-ə çatdı ki, bu da faktiki olaraq ticarətin dayanması demək idi. Düzünü desək, bir az ifrat oldu və bir aylıq ticarəti dayandırdı. Çin bizim üçün çox önəmlidir," - deyə Tramp əlavə edib.

ABŞ və Çin arasında ikitərəfli ticarət məsələləri üzrə danışıqlar 28-29 iyul tarixlərində Stokholmda keçirilib. ABŞ maliyyə naziri Skott Bessent danışıqları konstruktiv adlandırıb və onların nəticələrini Prezident Trampa müsbət ruhda təqdim edəcəyini bildirib. Bundan sonra Tramp Vaşinqton və Pekin arasında tariflərin tətbiqinin təxirə salınması barədə razılaşmanın uzadılıb-uzadılmayacağına qərar verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
olaylar.az

1Mənbələr