AZ

Yoxsulluq daha çox duz istifadəsi ilə əlaqələndirilir

Finss.az - Böyük Britaniyada aparılan yeni elmi tədqiqat duz istehlakı ilə sosial-iqtisadi status arasında əlaqəni üzə çıxarıb.

Uorvik Universitetinin alimləri britaniyalılar arasında qida vərdişlərini araşdıraraq maraqlı nəticələr əldə ediblər. Onlar müxtəlif sosial təbəqələrdən olan insanların gündəlik duz istifadəsini, təhsil səviyyəsini və peşə sahələrini təhlil ediblər.

Tədqiqat göstərib ki, maddi cəhətdən çətinlik çəkən şəxslər daha çox duz və kalori ilə zəngin, aşağı keyfiyyətli məhsullara üstünlük verirlər. Bu isə sağlamlıq üçün ciddi risklər yaradır. Belə qidalar tərkibində həm də nitrat kimi zərərli maddələr daşıyır.

Mütəxəssislər bildirirlər ki, aşağı gəlirli təbəqə qeyri-sağlam qidalara daha çox meyllidir. Sosial-iqtisadi baxımdan üstün olan insanlar isə qidalanmada daha ehtiyatlı davranır, duz qəbuluna nəzarət edirlər.

Alimlər həmçinin qeyd ediblər ki, duzlu məhsullardan çox istifadə edənlər arasında yüksək qan təzyiqi, infarkt, insult və böyrək çatışmazlığı kimi problemlərin daha çox müşahidə olunduğu müəyyən edilib.

Seçilən
15
fins.az

1Mənbələr