AZ

Güneylilər Pezeşkianın müdafiəsinə qalxdı: Karikatura qalmaqalı

Ötən gün iranlı karikaturaçı Hadi Heydəri İran prezidenti Məsud Pezeşkianın biabırçı karikaturasını paylaşıb. Tribunainfo.az xəbər verir ki, o, Pezeşkianı əlnində qamçı, üzərində “birlik” sözü yazılmış eşşəyə tərs mindiyi formada təsvir edib.

Heydərinin bu karikaturası İranda ciddi narazılığa səbəb olub. Güneyli jurnalist Aydın Təbrizi deyib ki, bu təsvir “irqçi və düşünülmüş təhqir”dir. O bildirib ki, karikatura yalnız prezidentə deyil, eyni zamanda İranda yaşayan milyonlarla türkün kimliyinə qarşı yönəlib.

İranda yaşayan güneyli ziyalılar da bu paylaşımı pisləyib və bu kimi nifrət dolu hərəkətlərin nəticələri barədə xəbərdarlıq ediblər. Onlar bu təhqirin unudulmayacağını və məsələnin hüquqi və ictimai müstəvidə gündəmdə saxlanacağını vurğulayıblar.

Dünən Tehran prokurorluğu isə bununla bağlı cinayət işi açıb. Belə ki, Hadi Heydəri ifadə verməsi üçün oraqana dəvət edilib. Onu ən azı iki il həbs cəzası gözlədiyi deyilir.

Qeyd edək ki, Hadi Heydəri İranda panİranist mövqedə olan biridir. O və təmsil etdiyi dəstə farsların mövqeyini ən üstün hesab etməklə yanaşı, İranda yaşayan digər xalqlara yuxarıdan aşağı baxırlar. Bu dəstə əlinə imkan düşən kimi, türkləri və digər xalqları təhqir etməkdən çəkinmirlər.

Xatırladaq ki, həmin panİranistlərin bir nümayəndəsi də 2000-ci ildə “İran” qəzetində türkləri “tarakana” bənzədərək, təhqir etmişdi.

Fərda Uğur

Seçilən
22
tribunainfo.az

1Mənbələr