Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi qadınlardan ibarət “Neftçi” komandası bu gün təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Msport.az xəbər verir ki, komanda 4-cü qrupun yarımfinal mərhələsində Türkiyənin “Fomget” klubu ilə qarşılaşacaq.
Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Matçı isveçli baş hakim idarə edəcək.
Qeyd edək ki, cütün qalibi qrupda finala yüksələcək, məğlub olacaq komanda isə üçüncü yer uğrunda oyuna çıxacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi, yarımfinal
30 iyul
20:00. “Fomget” (Türkiyə) – “Neftçi” (Azərbaycan)
Hakimlər: Hanna Laajanen (İsveç), Jilan Taher (İsveç), Margot Jacobs (Belçika), Jana Van Laere (İsveç)
“House of Football Natural Pitch”