"Everton" “Bayern”in müdafiəçisi Adam Aznunu transfer edib.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa kollektivinin mətbuat xidməti məlumat yayıb.
19 yaşlı oyunçu ilə 4 illik müqavilə bağlanıb.
2022-ci ildə “Bayern”ə keçən mərakeşli futbolçu ötən mövsüm icarə əsasında "Valyadolid”in şərəfini qoruyub.