AZ

Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurası Fransanın Azərbaycana qarşı qəbul etdiyi qətnaməni pislədi

22 iyul 2025-ci il tarixində Fransa Milli Assambleyasında “Respublikaçılar” Partiyasının təşəbbüsü ilə qəbul edilmiş və açıq şəkildə anti-Azərbaycan mövqe daşıyan qətnaməyə Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurası (EAPCA) sərt etirazını bildirib.

EAPCA Baş katibi Sahil Qasımovun imzaladığı bəyanatda bildirilir ki, Fransa parlamentinin bu qərarı beynəlxalq hüququn fundamental prinsiplərinə ziddir və ikili standartlardan imtina edilməsinə çağırış edilir. Qətnamədə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə, suverenliyinə və ərazi bütövlüyünə qarşı açıq meydan oxunduğu, eyni zamanda qondarma “Artsax” rejiminin legitimləşdirilməsi cəhdlərinin beynəlxalq hüquq və ədalətə zidd olduğu xüsusi vurğulanır.

Bəyanatda qeyd edilir ki, bu kimi addımlar həm BMT Nizamnaməsinə, həm də Avropa İnsan Hüquqları Konvensiyasına ziddir və regionda sülhə və sabitliyə ciddi təhlükə yaradır. Fransa Assambleyasının birtərəfli mövqeyi separatçı qüvvələrə dəstək kimi qiymətləndirilərək beynəlxalq hüquq qarşısında məsuliyyət doğurur.

Seçilən
3
1
demokrat.az

2Mənbələr