"Bu cür sərdabələrin çərçivəsi taxta çubuqlardan ibarətdir. Çubuqların üzərinə çiy gil tökülür, ardınca sobada bişirilir. Bu əsnada taxta yanır, yalnız bişmiş gil qalır. Belə fikirləşirik ki, əl izi gil hələ yaş ikən usta onu daşıyıb sobaya aparanda əmələ gəlib", - muzeyin Misir tarixi üzrə mütəxəssisi və kuratoru Helen Stradvik deyir.
O vurğulayıb ki, indiyədək bir çox artefaktda barmaq izləri aşkarlasa da, bütöv əl izi ilk dəfə tapılır.

"Bu izi bizi xəyalən sərdabənin hazırlandığı dövrə aparır. Qədim Misirdən hazırkı dövrümüzə çoxlu dulusçuluq məmulatı qalıb. Bu məmulatların həm məişətdə, həm də qəbirlərdə yemək və içki xidməti üçün geniş istifadəsi bizə məlumdur.
Qədim Misir qəbirlərinə yerləşdirilən miniatür sərdabələr mərhumun ruhu üçün "yaşayış yeri" məqsədi daşıyır, ona görə də tarixçilər tərəfindən "ruh evi" adlandırılır. Sərdabənin qarşı tərəfində çörək, kahı, öküz başı və s. yeməklərin ruha verildiyi kiçik qapı da saxlanılır.
-3507723312.jpg)
Firudin Həmidli
AzVision.az