AZ

Musiqi məktəblərinə ixtisas seçimi hansı tarixdə olacaq? - RƏSMİ

Musiqi məktəblərinə ixtisas seçimi ilə bağlı bəzi detallar məlum olub. 

Far.Az-in "qaynar xətti"nə müraciət edən bəzi valideynlər ixtisas seçiminin iyulun 28-də olmalı olduğunu desələr də bu prosesəs hələ başlamayıb.  

Mədəniyyət Nazirliyinin yaydığı məlumata əsasən, 2025/2026-cı tədris ili üzrə musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflərə qəbul imtahanlarının nəticələri artıq elan olunub. Namizədlər nəticələrlə "exam.culture.az" portalı vasitəsilə tanış ola bilərlər.

İmtahan nəticəsindən narazı olan namizədlər 16-18 iyul tarixlərində "MyCulture" vahid şəxsi kabineti vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərə 10 iş günü ərzində baxılacaq. Bu müddətin bitmə tarixi isə avqustun 1-nə təsadüf edir. İxtisas seçimi prosesi isə bu vaxtdan tez başlamayacaq. 

Qeyd olunub ki, məktəb və ixtisas seçimi apellyasiya prosesi yekunlaşdıqdan sonra "MyCulture" şəxsi kabineti üzərindən aparılacaq.

Seçilən
0
far.az

1Mənbələr