AZ

"Süni intellekti dayandıra bilmirik, qorxuya düşürəm" - OpenAİ-nin CEO-su

Süni intellektin (ChatGPT) GPT-5 modeli bəşəriyyət üçün ciddi təhlükə yarada bilər.

Paralel.az xəbər verir ki. bu sözləri "OpenAİ"nin CEO-su Sam Altman deyib. O qeyd edib ki, süni intellektin inkişafı bəşəriyyət üçün yeni bir dövr açıb. 

Altman süni intellektin qabaqcıl səviyyəsinə nəzarət edəcək tənzimləmələrin hələ kifayət qədər qurulmadığını vurğulayıb. CEO bu vəziyyətin onu qorxuya saldığını söyləyib:

“Bu texnologiyaya nəzarət edəcək qlobal etik və ya hüquqi sistem çatışmır. Buna görə də süni intellekt artıq sadəcə bir proqram təminatı deyil, ciddi nəticələri ola biləcək bir gücdür”.

"GPT-5"in əvvəlki versiyalardan fərqi təkcə onun daha mürəkkəb tapşırıqları yerinə yetirə bilməsi deyil, həm də öz mülahizələrini inkişaf etdirə bilən struktura yaxınlaşmasıdır. Bu o deməkdir ki, o, insan kimi qərarlar qəbul etmək, məntiqi əlaqələr qurmaq və qabaqcıl biliklər yaratmaq qabiliyyətinə malikdir. Mütəxəssislər bu prosesin insan zəkasına bərabər olan süni intellekt formasına yaxınlaşdığını bildirirlər.

Altman deyib ki, o, sistemin öz-özünə yaratdığı bəzi cavabları və çıxarışları görəndə, "bu həddə çatmalıydıqmı” deyə düşünməyə başlayıb.

O, GPT-5-in təqdim etdiyi bəzi texniki və ya etik cavabların son dərəcə təkmil və təsiredici, eyni zamanda narahatedici cəhətə malik olduğunu söyləyib.

"GPT-5"in avqustda istifadəyə verilməsi gözlənilir. Yeni versiyanın xəbərlərin yazılması və proqramlaşdırma dillərindən tutmuş tibbi təhlillərə və yaradıcı ssenarilərə qədər saysız-hesabsız sahədə inqilab edəcəyi gözlənilir. Bununla belə, bu hadisələrin hansı sosial, etik və təhlükəsizlik problemlərini gətirəcəyi bəlli deyil.

Qeyd edək ki, “OpenAI” süni intellekt (AI) texnologiyalarının tədqiqi və inkişafı ilə məşğul olan Amerika şirkətidir. 2015-ci ildə İlon Mask, Sam Altman, Ilya Sutskever və digər texnologiya sahəsində tanınmış şəxslər tərəfindən yaradılıb. “ChatGPT” şirkətin hazırladığı süni intellekt modelidir.

Billurə Yunus

Seçilən
13
3
paralel.az

4Mənbələr