AZ

Üzərlik bu ölkələrdə narkotik hesab olunurmuş - SİYAHI

Üzərliklə sərhədi keçmək istəyənlər artır – bəzi ölkələrdə cinayət məsuliyyəti tətbiq olunur

Son zamanlar bəzi ölkələrin hüquq-mühafizə orqanları tərəfindən üzərlik (Peganum harmala) bitkisi ilə sərhədi keçməyə cəhd edən şəxslərin saxlanılması hallarının artdığı müşahidə olunur. Bu barədə məlumatı Ədliyyə Nazirliyi yayıb.

Nazirlik bu bitkinin bir sıra ölkələrdə narkotik və psixotrop tərkibli maddə kimi qiymətləndirildiyini xatırladıb

Modern.az bu barədə araşdırma aparıb.

Üzərlik bitkisi xalq təbabətində və mədəni-ritual ənənələrdə geniş istifadə olunsa da, onun tərkibindəki bəzi alkaloid maddələr – xüsusilə psixotrop təsirə malik olan harmalin, harmin və digər birləşmələr bir sıra ölkələrdə dövriyyəsi məhdudlaşdırılan və ya tam qadağan edilmiş maddələr siyahısına daxildir.

- Fransa - 2005-ci ildən üzərlik və onun tərkib maddələrinin satışı və saxlanması tamamilə qadağan edilib.

- Kanada - Bitkinin tərkibindəki alkaloidlər “Schedule III” maddələr siyahısına daxildir, bu səbəbdən satış və daşıma cinayət məsuliyyəti daşıyır.

- Avstraliya - Harmalin və harin alkaloidləri yalnız elmi araşdırma məqsədilə istifadə oluna bilər.

- ABŞ-ın bəzi ştatları - Luiziana ştatında üzərlik və toxumları qadağandır, Arizona, Nevada, OreQon kimi ştatlarda isə bitki "invaziv alaq" kimi qeydə alınıb və məhdudiyyətlər tətbiq olunur.

- Finlandiya - Tibbi məqsədlə istifadə üçün həkim resepti tələb olunur.

- Rusiya – 2024-cü ilin əvvəlində "Peganum harmala" rəsmi olaraq psixotrop tərkibli bitkilər siyahısına salınıb və dövlət nəzarətinə götürülüb.

Bəzi ölkələrdə gömrük və sərhəd xidməti tərəfindən üzərlik toxumu və qurudulmuş formaları ilə səyahət edən şəxslərin saxlanıldığı barədə məlumatlar yayılıb. Səlahiyyətli qurumlar bu bitkinin bəzi hallarda psixotrop təsirli maddə kimi istifadə olunduğunu əsas gətirərək, hüquqi tədbirlərə əl atırlar.

Hərçənd ki, üzərlik bir çox Şərq ölkələrində ənənəvi təmizləyici və qoruyucu vasitə kimi tanınır, Qərb ölkələrində bu bitkiyə münasibət daha sərtdir. Xüsusilə də onun tərkibindəki bəzi maddələri halusinogen qarışıqlarda istifadə olunması hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir.

Elnur Əmirov

Seçilən
50
2
modern.az

3Mənbələr