BAKI, 30 iyul. TELEQRAF
Rusiyanın Altay Respublikasında bu səhər yerli vaxtla 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Altay-Sayan Geofizika Xidməti məlumat verib.
Bildirilir ki, yeraltı təkanlar dağlıq ərazidə, Gorno-Altaysk şəhəri yaxınlığında baş verib.
Dağıntı və ya xəsarət alanlar barədə məlumat yoxdur.