AZ

Castin Trüdo məşhur müğənni ilə eşq yaşayır? - FOTOLAR

Dünyaca məşhur amerikalı müğənni Katy Perryinin sabiq Kanada Baş naziri Castin Trüdo ilə eşq yaşadığı iddia olunub. 

"Unikal" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, cütlük Monreal şəhərində yerləşən “Le Violon” adlı romantik restoranda şam yeməyi zamanı görüntülənib.  

 Nəşr Perry və Trüdo səmimi söhbət aparmasını xüsusilə vurğulayəb. 

Bildirək ki, hazırda Perry “Lifetimes” adlı konsert turu ilə Kanadadadır. Sabiq  baş nazir yanvar ayında vəzifəsindən istefa verib.

Qeyd edək ki, Trüdo 2023-cü ilin avqustunda 18 illik evlilikdən sonra həyat yoldaşı Sofi Qreqoardan boşandığını elan etmişdi. Cütlüyün üç övladı var.

Katy Perry isə aktyor Orlando Bloom ilə birlikdə olub. Onların dörd yaşlı qızları var. 

Seçilən
35
unikal.az

1Mənbələr