İran Prezidenti Məsud Pezeşkian Pakistana rəsmi səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi bildirib.
Onun sözlərinə görə, İran Prezidenti avqustun 1-də Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə İslamabada səfər edəcək.
Səfər zamanı rəsmi görüşlər, Pakistanın mədəni və iqtisadi sahədə tanınmış şəxsləri ilə müzakirələr planlaşdırılıb.
"Bu səfərin əsas məqsədi sərhəd və regional əməkdaşlığın inkişafı, eləcə də hazırda 3 milyard dollar olan ticarət dövriyyəsinin artırılmasıdır", - M. Sənayi qeyd edib.