AZ

Məşhur aktirsa 42 yaşını qeyd etdi: Tortun üzərində yazılanlar diqqət çəkdi - FOTO

Məşhur aktirsa 42 yaşını qeyd etdi: Tortun üzərində yazılanlar diqqət çəkdi - FOTO"Yasak Elma" serialındakı Şahika obrazı ilə tanınan aktrisa Nesrin Cavadzadə 42 yaşını yaxın dostları ilə birlikdə özəl qeyd edib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, son olaraq "Sandık Kokusu" serialında rol alan sənətçi, həm karyerası, həm də şəxsi paylaşımları ilə daim diqqət mərkəzindədir.

Doğum günü gecəsində qara-ağ naxışlı, yarı açıq və bandanalı libası ilə fərqlənən Cavadzadə çiçəklərlə verdiyi pozları ilə də izləyicilərinin marağını çəkib. O, Instagram hesabında paylaşdığı görüntülərlə minlərlə bəyənmə və şərh toplayıb.

Tədbirin ən diqqətçəkən detalı isə üzərində "LET THE FAME PAY" ("Şöhrət bədəlini ödəsin") yazılmış zarafatyana tort olub. Şamları üfürməzdən əvvəl uzun dilək tutan aktrisa gecə boyunca əyləncəli anlar yaşayıb.
Məşhur aktirsa 42 yaşını qeyd etdi: Tortun üzərində yazılanlar diqqət çəkdi - FOTO

Seçilən
9
sonxeber.az

1Mənbələr