AZ

Dünyada ən yüksək inflyasiyaya malik ölkələr - TOP 10

Ərzaq və enerji qiymətlərindəki artım, maliyyə siyasətlərindəki qeyri-sabitlik və siyasi gərginliklər bir çox ölkədə infilyasiyanı kəskin şəkildə yüksəldib. 2025-ci ilin ortalarına olan statistik məlumatlara əsasən, bəzi ölkələrdə illik infilyasiya səviyyəsi yüz faizdən çox artaraq iqtisadi sabitliyi ciddi şəkildə təhdid edir.

Valyuta.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu ("IMF") və "TheGlobalEconomy" kimi analitik platformaların təqdim etdiyi məlumatlara əsasən, dünyada infilyasiyanın ən yüksək olduğu 10 ölkənin siyahısı aşağıdakı kimidir.

1.Venesuela - 254,35 %

2. Sudan - 75,57%

3. İran - 45%

4. Burundi - 36,34%

5. Myanma - 33%

6. Türkiyə - 31,04%

7. Yəmən - 31%

8. Nigeriya - 30,03%

9. Haiti - 29,67%

10. Zimbabve - 26,13%

Qeyd edək ki, Azərbaycan siyahıda 5,2% ilə 44-cü sıradadır.

Mayya Hüseynova

Seçilən
25
valyuta.az

1Mənbələr