Bakı, 30 iyul, AZƏRTAC
“Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın “Petrokub” komandası ilə Bakıda keçirəcəyi cavab oyunu üçün satılan biletlərin sayı açıqlanıb.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, artıq 5000 bilet alınıb.
Məhdud sayda olan biletləri “Iticket.az”ın satış məntəqələrindən, “Bank Respublika Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, görüş iyulun 31-də “Bank Respublika Arena”da keçiriləcək. İlk matçda Bakı klubu 2:0 hesabı ilə qalib gəlib.