AZ

Şanxayda güclü yağışlar səbəbindən 280 min insan təxliyə edilib

Şanxay hakimiyyəti paytaxta vuran “Ko-Mei” qasırğasının səbəb olduğu güclü yağışlar nəticəsində 280 mindən çox insanı müvəqqəti olaraq təhlükəsiz yerlərə təxliyə edib.

Operativ Media xəbər verir ki, bu haqda Çin Mərkəzi Televiziyasının məlumat yayıb.

Şəhər dörd daşqın və tayfuna reaksiya səviyyəsinin üçüncüsünə (birinci səviyyə ən yüksək hesab olunur) qoyulub. Şanxay Meteorologiya Stansiyasının proqnozlarına əsasən, metropolə bir gün ərzində 80 mm-dən çox yağıntı düşəcək ki, bu da sel təhlükəsi olan ərazilərdə daşqınlara səbəb ola bilər.

“Ko-Mei” qasırğası iyulun 29-dan 30-na keçən gecə Şanxay da daxil olmaqla, Çinin şərqində yerləşən Yantszı çayının deltası bölgəsinə güclü yağış və küləklərlə təsir edib. Şanxay ərazisi boyunca şimal-qərb istiqamətində hərəkət edən qasırğa zamanı küləyin sürətinin 28 m/s-ə çatacağı gözlənilir.

Seçilən
12
operativmedia.az

1Mənbələr