AZ

16 yaşdan kiçik uşaqlara sosial şəbəkə qadağası

Avstraliya hökuməti, 16 yaşdan kiçik uşaqlara yönəlik dünyada ilk olacaq sosial media qadağasına “YouTube”-u da daxil edib.

Daha əvvəl platformanın bu qərardan azad tutulacağı açıqlanmışdı, lakin bu qərar geri çəkilib.

"Cebheinfo.az" xəbər verir ki, qanuna əsasən, dekabr ayından etibarən “TikTok”, “Instagram”, “Facebook”, “X” və “Snapchat”-lə yanaşı “YouTube”-da da hesab açmaq qadağan ediləcək.

Gənclər “YouTube” videolarına baxmağa davam edə biləcəklər, lakin kontent yükləmək və ya platforma ilə qarşılıqlı əlaqə qurmaq üçün lazım olan hesabları istifadə edə bilməyəcəklər.

“Google”-a məxsus “YouTube” verdiyi açıqlamada platformanın uşaqlara “fayda və dəyər təqdim etdiyini” müdafiə edərək sosial media hesab edilməməli olduğunu irəli sürdü.

Avstraliya Baş naziri Antoni Albanese qərarı müdafiə edərək, “Sosial media uşaqlarımıza sosial zərər verir. Avstraliyalı valideynlər bilsinlər ki, biz onların yanındayıq” deyib.

A. Albanese bu qadağanın yeganə həll olmadığını, lakin mühüm bir fərq yaradacağını söyləyib.

Avstraliya e-Təhlükəsizlik Komissarı Culi İnman Qrant keçən ay “YouTube”-un qadağaya daxil edilməsini tövsiyə etmişdi.

Seçilən
27
cebheinfo.az

1Mənbələr