AZ

“Şelburn” azarkeşlərinə “Xırdalan” pivəsini tövsiyə etdi – onlar Bakıya heyran qalıb

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olan “Şelburn”un rəsmi saytında Bakı haqda yazı yer alıb.

“Football-plus.az” xəbər verir ki, İrlandiya təmsilçisi paytaxtımızdan bəhs edən bilgiləri “Bakı – dəyərli şəhər” sərlövhəsiylə yayıb. Sizi həmin yazıyla tanış edirik:
“1960-cı illərdə Avropa futboluna qədəm qoyan “Şelburn” indiyə qədər azı 20 ölkədə İrlandiyanı təmsil edib. Bəzi şəhərlərdə stadionlar yüksəkliklərdə olduğunundan uyğunlaşmaqda çətinlik çəkmişik, bəzi yerlər, ümumiyyətlə, boz qayanı xatırladıb. Nə futbolçular, nə klub rəsmiləri, nə də azarkeşlər həmin şəhərə ikinci dəfə yollanmaq arzusunda olub. Lakin bu sözləri Bakı üçün demək olmaz. Azərbaycanın paytaxtı yetərincə lüks və səliqəlidi. Burda idman, alış-veriş, əyləncə, gecə həyatı və insanın xoşbəxt olması üçün lazım olan hər şey var. Bakıya çox böyük məbləğdə investisiya qoyulub və bu pulların əsas mənbəyi zəngin neft kapitalıdı. İş ondadı ki, “Qarabağ” Bakını təmsil etmir. Bu komanda qəhrəmanlıq mövzusudu və haqqında yüzlərlə əfsanənin dolaşdığı Ağdamın komandasıdı. Təəssüf ki, indi bura “kabuslar şəhəri” adlanır. “Qarabağ” Azərbaycanın münaqişələrdən, dəhşətli acılardan ibarət şəhərini təmsil edir. Ancaq bir məsələ var: bütün bunlar “Qarabağ”ın cəsarətini qırmaq üçün yetərli olmayıb. Komandanaın ruhu heç vaxt ölməyib. Fikrimizi sübuta yetirmək üçün qeyd edək ki, “Qarabağ” 12 dəfə premyer-liqa çempionu olub, 8 dəfə ölkə kubokunu qazanıb və Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan komandası olub. Vaxtilə onlar özlərini qürurla “qaçqınlar klubu” adlandırırdı. Qurban Qurbanovun baş məşqçi postuna təyinatından qısa müddət sonra baş verən dəyişikliklərlə bu ad “Qafqazın “Barselonası”na çevrildi.

Biz Bakıdakı insanlarla ingilis dilində söhbət etməkdə çətinlik çəkmədik. Onlar hər kəslə dostdu. Restoranlar və kafelər bir-birindən gözəldi. Düzü, bu restoranlarda tanış yeməklərin də olduğundan xəbərdar deyildik. Ancaq Bakıda çox ləziz karri yedik. İrlandiyalılar bura gələndə mütləq bu yeməklərdən həzz almalıdı. Pivə sevən həmyerlilərimizə isə 2008-ci ildə “Carlsberg” qrupu tərəfindən alınan “Xırdalan”ı tövsiyə edirik”.

KƏNAN BAHADIR
Seçilən
19
football-plus.az

1Mənbələr