AZ

Klubu "Liverpul"a keçmək istəyən İsakın harada olduğunu bilmir - SON DURUM

"Nyukasl"ın isveçli hücumçusu Aleksander İsak heç kimə xəbərdarlıq etmədən komandasının məşqinə gəlməyib.

Fanat.Az xəbər verir ki, informasiyanı "TBR Football"ın jurnalisti Qrem Beyli yayıb.

Məlumata görə, mövsümöncəsi matçlarda oynamaq istəməyən forvard yaxın günlərdə razılığa gəldiyi "Liverpul"a keçməyi hədəfləyir. Mənbə İsakın evdə fərdi plan üzrə hazırlaşdığını və son günlərdə "sağsağanlar"dan gələn zənglərə cavab vermədiyini vurğulayıb. Hazırda klub rəhbərliyinin skandinaviyalı futbolçunun harada olduğunu bilmədiyi də diqqətə çatdırılıb.

Xatırladaq ki, daha öncə "Liverpul"un İsakın transferi üçün qarşı tərəfə 65 milyon funt sterlinq (təxminən 74,1 milyon avro) ödəməyə hazırlaşdığı bildirilib.

Nihat

Seçilən
13
fanat.az

1Mənbələr