AZ

“Bavariya” “Liverpul”un hücumçusunu transfer etdi

“Bavariya” “Liverpul”un hücumçusu Luis Diazın transferini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı kolumbiyalı ilə müqavilə 30 iyun 2029-cu ilə qədər qüvvədədir.

Diaz 2022-ci ildən Mersisaydlılar üçün oynayır. 2024/25 mövsümündə bütün yarışlarda 50 matçda 17 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun “Liverpul”la müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədə idi.

“Transfermarkt” futbolçunun transfer dəyərini 70 milyon avro qiymətləndirir.

Seçilən
33
idmanxeber.az

1Mənbələr