"Bavariya" Luis Diası transfer etdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, kolumbiyalı hücumçu ilə 4 illik müqavilə imzalanıb. Almaniya nəhəngi kolumbiyalı futbolçu üçün "Liverpul"a 65.5 milyon funt-sterlinq ödəyəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
L. Dias Münhen təmsilçisinin bu yay etdiyi 3-cü transfer olub. Ondan öncə Conatan Ta və Tom Bişof "Bavariya"ya cəlb edilmişdi. Hər iki futbolçu azad agent kimi onlara qoşulub.