AZ

"Bavariya" İngiltərə klubunun hücumçusunu transfer edib

Almaniyanın "Bavariya" klubu İngiltərə təmsilçisi "Liverpul"un hücumçusu Luis Diasın transferini açıqlayıb.

"Report" xəbər verir ki, 28 yaşlı kolumbiyalı Münhen klubu ilə 4 illik müqavilə imzalayıb.

Transfer məbləğinin 75 milyon avro olduğu bildirilir.

Luis Dias 2024/2025 mövsümündə "Liverpul"un heyətində bütün turnirlərdə 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib.

Seçilən
24
2
report.az

3Mənbələr