AZ

Bir sıra ərəb ölkələri HƏMAS əleyhinə BİRLƏŞDİLƏR

Yazını böyüt
Yazını kiçilt

Qətər, Səudiyyə Ərəbistanı, Misir və bir sıra digər ərəb dövlətləri HƏMAS-ın tərksilah edilməsi və təşkilatın Qəzza zolağında hakimiyyətinə son qoyulması tələbi ilə bəyannamə imzalayıblar.

Hafta.az xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb. HƏMAS əleyhinə sənədi imzalayanlar arasında Fransa, Böyük Britaniya, Kanada və Avropa İttifaqı ölkələrinin nümayəndələri də var. Sənəd BMT-nin iki dövlətin - İsrail və Fələstinin yaradılması prosesinin bərpasına həsr olunmuş konfransında razılaşdırılıb.

Bəyannamədə qeyd edilir ki, Qəzzada müharibə başa çatdıqdan sonra HƏMAS beynəlxalq ictimaiyyətin dəstəyi ilə hakimiyyəti və silahları Fələstin Muxtariyyətinə təhvil verməlidir.

Bu, sənəd müəlliflərinin fikrincə, suveren və müstəqil Fələstin dövlətinin yaradılması məqsədinə uyğundur.

Sənəddə, həmçinin 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hazırkı müharibəyə səbəb olan İsrailə hücumu pislənir.

Seçilən
6
1
hafta.az

2Mənbələr