ABŞ administrasiyası Hindistandan idxal edilən mallara 25% rüsum tətbiq etmək niyyətindədir.
Sfera.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə deyib.
Qeyd edək ki, daha əvvəl “The Indian Express” öz mənbələrinə istinadən xəbər vermişdi ki, Hindistan və ABŞ arasında yeni ticarət sazişi üzrə məsləhətləşmələr danışıqlar prosesində nəzərəçarpacaq irəliləyişin olmaması səbəbindən qeyri-müəyyən vəziyyətdədir. Qəzetin yazdığına görə, Vaşinqton ABŞ malları üçün Hindistan bazarına rüsumsuz çıxışı təmin etməkdə israrlıdır. Yeni Dehli ABŞ-dən Hindistan mallarına rüsumların 15%-dən çox olmamasını tələb edir. Bundan əlavə, Hindistan ABŞ-dən silah, təbii qaz və nüvə reaktorlarını almağa hazır olduğunu bəyan edib.
Firuzə Əliyeva
Sfera.az