ABŞ Prezidenti Donald Tramp Kremlin siyasətindən dərin məyus olduğunu ifadə edərək, Vladimir Putinə Ukraynada atəşi dayandırmaq üçün cəmi 10 gün vaxt verib, imtina edəcəyi təqdirdə isə yeni iqtisadi tədbirlər görəcəyi ilə hədələyib. Bu, artıq Amerika liderinin son aylarda ikinci ultimatumudur: əvvəlki müddət 50 gün idi.
Axar.az xəbər verir ki, bu barədə “Atlantic Council” analitik mərkəzi məlumat yayıb.
Məlumata görə, Tramp Putinə Rusiya üçün kifayət qədər əlverişli şərtlərlə sülh təklif edir, lakin o, bununla razılaşmır:
“Trampın yeni addımı ABŞ-ın eskalasiyanı azaltmaq müqabilində faktiki olaraq Rusiyaya güzəştlər təklif etdiyi əvvəlki diplomatiyadan kəskin dönüşdür. Tramp hətta Krımın ilhaqını tanımaq barədə düşünüb, Ağ Ev Kremli açıq şəkildə tənqid etməkdən yayınıb və Rusiyanın hərbi cinayətlərə görə məsuliyyət daşıması təşəbbüslərini dəstəkləməyib. Dönüş nöqtəsi Trampın Ukraynanı avropalı müttəfiqləri vasitəsilə silahlandırmaq barədə razılaşması oldu, çoxları bunu gecikmiş, lakin vacib addım kimi qiymətləndirir”.