AZ

Paşinyanın kortejinin sürücüsü həbs oluna bilər | VİDEO

AzVision.az xəbər verir ki, hadisə nəticəsində həlak olmuş Sona Mnatsakanyanın ailəsinin vəkili Raffi Aslanyanın sözlərinə görə, sürücü nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqda, ehtiyatsızlıqdan insan ölümünə səbəb olmaqda təqsirli bilinib. Günahməsələsi həll olunub, cəza isə əlavə məhkəmə iclaslarında müəyyənləşəcək.

“Bütün arqumentlər nəzərə alındığından zərərçəkmiş tərəf məhkəmənin qərarından razıdır. Bununla belə, faciə baş verən zaman köhnə Cinayət Məcəlləsi qüvvədə idi və ona görə təqsirləndirilən şəxsləri 5 ilə qədər həbs cəzası gözləyirdi. Yeni məcəllədə isə iki ildən beş ilə qədər müddət nəzərdə tutulur, lakin cəza daha da sərtləşdirildiyi üçün məhkəmə köhnə qanunvericiliyin müddəalarını tətbiq edəcək. Beləliklə, cəza daha yumşaq ola bilər”,- vəkil vurğulayıb.

Raffi Aslanayan qeyd edib ki, sürücü barəsində həbs-qətimkan tədbiri – ölkədən kənara çıxmamaq barədə yazılı iltizam tədbiri dəyişdirilməyib.

Xatırladaq ki, 2022-ci il aprelin 26-da hökumət kortejini müşayiət edən yol polisi avtomobili hamilə qadın, 28 yaşlı Sona Mnatsakanyanı vurub. Hadisə İrəvanın mərkəzində Paronyan və Leo küçələrinin kəsişməsində baş verib.

Avtomobilin sürücüsü dayanmayıb və hadisə yerini tərk edib. Lakin iki saatdan sonra geri qayıdaraqistintaqda iştirak edib. Onun barəsində həbs-qətimkan tədbiri seçilərək ğlkədən çıxmaması barədə yazılı iltizam verilib.


Sahil İsgəndərov
AzVision.az

Seçilən
9
azvision.az

1Mənbələr